Gəncədə turnir təşkil olunub. Bu haqda 25 sentyabr tarixində Regional Gənclər və İdman idarəsinə istinadən xəbər veririk.
İsmayıllı Olimpiya İdman Kompleksində Anım Gününə həsr olunmuş klublararası yarış keçirilib. Turnir uşu idman növü üzrə baş tutub. Yeddi idmançıdan ibarət komandamız 5 qızıl və 2 gümüş medal qazanıblar.
Sonda onlar müvafiq diplom və medallarla təltif olunublar.
Qeyd edək ki, turnirdə ümumilikdə 17 komandada 150 idmançı iştirak edib.