Gəncədə bir neçə nəfər oğurluğa görə saxlanılıb. Bu haqda 25 may tarixində Apa-ya istinadən məlumat veririk.
1-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbirləri keçiriblər. Nəticədə Elşad İbrahimov saxlanılıb. O, bir mənzildən ümumi dəyəri 2383 manat olan qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinir. Araşdırmalar zamanı həmin şəxsin daha bir vətəndaşa məxsus 7 baş xırdabuynuzlu heyvanı oğurlaması da məlum olub.
2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Murad Qasımov və Kənan Rüstəmov saxlanılıblar. Onlar müvafiq olaraq, dəyəri 4170 manat olan müxtəlif təyinatlı elektrik avadanlıqları və ümumilikdə 1300 manat dəyərində müxtəlif məişət əşyaları oğurlamaqda şübhəli bilinirlər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.