Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən əmək yarmarkası keçirilib.
Gencexeber.az Dövlət Məşğulluq Agentliyinə istinadən məlumat verir ki, tədbirdə işsiz və işaxtaran şəxslərə 25 müəssisə tərəfindən müxtəlif fəaliyyət sahələri üzrə 200-ə yaxın vakansiya təqdim olunub.
Yarmarkada sakinlərə vakant yerlər və iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Bundan başqa tədbirə qatılan şəxslər agentliyin fəaliyyət istiqamətləri, Gəncə Peşə Hazırlığı Mərkəzi tərəfindən həyata keçirilən peşə kursları barədə də məlumat əldə ediblər.