Gəncə Dövlət Filarmoniyasının rəhbərliyində dəyişiklik baş verib. Bu haqda bu gün, 8 avqust tarixində Gencexeber.az APA-ya istinadən xəbər verir.
Mədəniyyət müəssisəsinin direktoru Rəşad Yusifovun əmək müqaviləsinə xitam verilib. Bu haqda Mədəniyyət Nazirliyindən açıqlama yayılıb.
R.Yusifov ötən ilin avqust ayında sözügedən vəzifəyə təyinat almışdı.