Müdafiə Nazirliyi Gəncədə eşidilən partlayış səsləri ilə bağlı rəsmi məlumat verib. Bu haqda Gencexeber.az 16 dekabr tarixində məlumat verir.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun redaksiyamıza verdiyi məlumata görə, Seyfəli poliqonunda istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının utilizasiyası aparılır.
Daxili İşlər Nazirliyindən bildirilib ki, işlər 18 dekabr tarixinədək davam edəcək. Nazirlik əhalini təşvişə düşməməyə çağırır və bildirir ki, narahatlığa heç bir əsas yoxdur.
Partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.