Gəncə şəhərində dəm qazından ölüm faktı qeydə alınıb. Bu haqda 18 may tarixində Report-a istinadən xəbər veririk.
Hadisə şəhər ərazisindəki evlərin birində baş verib. Kirayədə yaşayan 26 yaşlı Ş.Məmmədov dəm qazından boğularaq ölüb.
Onun meyiti tibbi ekspertizaya aparılıb.
Fakt araşdırılır.