Gəncədə yanğın baş verib. Bu haqda 20 aprel tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Fərdi yaşayış evlərindən biri anidən alışıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.
Alovun qarşısının alınması üçün müvafiq tədbirlər görülür.