Gəncəbasar rayonlarına külək xəbərdarlığı olunub.
Gencexeber.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, 24-26 avqust tarixlərində güclü külək əsəcək. Bu səbəbdən bir sıra rayonlar sarı xəbərdarlıq zonasına daxil edilib.
Onların arasında Gəncə və Mingəçevir şəhərləri, Samux, Goranboy, Daşkəsən, Göygöl və Yevlax rayonları yer alır. Sözügedən ərazilərdə küləyin sürəti 13,9-20,7 m/san təşkil edəcək.