Azərbaycanda insan alveri cinayət əməllərinə görə hazırda axtarışda olan təqsirləndirilən şəxslərin sayı 12 nəfərdir.
Gencexeber.az məlumat verir ki, onlardan 2-si Goranboy və Yevlax sakinləridir.
Axtarışda olan şəxslərdən biri – Şöhrət Savalan qızı Məmmədovadır. 1978-ci ildə Goranboy rayonunda anadan olan qadının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri və fahişəliyə cəlb etmə maddəsi ilə 2018-ci ildə axtarış elan edilərək həbs qətimkan tədbiri seçilib. O, İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.
Digər şəxs isə Şəkər Ağabala qızı Qurbanzadədir. 1962-ci ildə Yevlax rayonunda anadan olan şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2021-ci ildə axtarış elan edilib.