Samux rayonu Qarabağlar kənd tam orta məktəbinin müəllimi vəfat edib.
Gencexeber.az-a bu barədə sözügedən məktəbdən məlumat verilib.
Bildirilib ki, Vəliyev İlham Bəylər oğlu Samux rayonu Qarabağlar kənd tam orta məktəbində 36 il riyaziyyat müəllimi işləyib, uzun müddət direktor vəzifəsində çalışıb. Məktəbdə fəaliyyət göstərdiyi illərdə savadı, açıqsözlülüyü və mehribançılığı ilə kollektiv və ictimaiyyət arasında böyük şöhrət qazanıb.
Allah rəhmət eləsin!