top
Bu küçələr növbəti il asfaltlanacaq – Gəncə ŞİH
Foto
30 dekabr 2025, 17:39
- ↺ +

Bu küçələr növbəti il asfaltlanacaq – Gəncə ŞİH

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, Gəncə şəhərinin Cavad Rəfibəyli küçəsi, 2 ünvanında, həmçinin Sadıllı qəsəbəsinin İmran Qasımov küçəsi və qəsəbənin mərkəzi yollarından hesab olunan Bilal Qəhrəmanov küçəsində yaşayan sakinlər ciddi problemlə üz-üzə qalıblar. Söhbət mövcud asfalt örtüyünün qazılmasından sonra asfaltın bərpa olunmamasından gedir.

Gencexeber.az-a Gəncə Şəhər İcra Hakimiyyəti (ŞİH) tərəfindən verilən məlumata görə, hazırda Gəncə şəhərində "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsi icra olunur. Sözügedən layihə çərçivəsində şəhərin içməli su və çirkab su xətləri yenilənir. Bununla əlaqədar olaraq şəhərin bir çox ərazisində qazıntı işləri aparılır. Layihənin icrası tam yekunlaşmış ərazilərdə isə küçə, prospekt, məhəllə və qəsəbədaxili yolların asfaltlanması mərhələli şəkildə, əvvəlcədən müəyyən olunmuş illik plana uyğun həyata keçirilir.

"Məlumat üçün bildiririk ki, cari il ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin müxtəlif ərazilərini əhatə edən 130-a yaxın küçə və prospekt yenidən asfaltlanmışdır. Cari il ərzində asfaltlanan küçə və prospektlərdən 40-dan çoxu, o cümlədən Cavad bəy Rəfibəyli küçəsi ictimai nəqliyyatın hərəkət marşrutuna daxil olan ərazilərdir. Sözügedən küçə və prospektlər AYNA-nın sifarişi ilə AAYDA tərəfindən asfaltlanıb. Cavad bəy Rəfibəyli küçəsi və döngələrində "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsi çərçivəsində işləri tam başa çatıb. Burada (C.Rəfibəyli küç., 2 ünvanında) döngələrin asfaltlanması isə növbəti il üçün nəzərdə tutulub.

Bununla bağlı vətəndaşların aldadılmasından söhbət gedə bilməz. Bir daha vurğulayırıq ki, "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsinin icrası tam yekunlaşan ərazilərdə küçə, prospekt, məhəllə və qəsəbədaxili yolların asfaltlanması mərhələli şəkildə və təsdiqlənmiş illik plana uyğun olaraq həyata keçirilir" " – Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib.

Sadıllı qəsəbəsinin İmran Qasımov küçəsi və qəsəbənin mərkəzi yollarından hesab olunan Bilal Qəhrəmanov küçələrində mövcud vəziyyətlə bağlı əlavə edilib ki, növbəti ildə asfaltlanması nəzərdə tutulan küçələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Dünən, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Dünən, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Bütün xəbərlər
Dünən, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Dünən, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
05 noyabr 2026, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Oxşar xəbərlər