Gəncədə tikintilərə nəzarət prosesi davam edir. Bu haqda 17 iyul tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Monitorinqlər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə aparılır.
Növbəti yoxlama şəhərin Kərim bəy Mehmandarov küçəsində həyata keçirilib. Ərazidə müvafiq icazəverici sənədləri olmadan tikintisi aparılan qeyri-yaşayış sahəsi aşkarlanıb və onun söküntüsü təmin edilib.
Bildirilir ki, analoji monitorinqlər bundan sonra da təşkil olunacaq.