Samux rayon Qarayeri qəsəbəsinin Cırdaxan kəndində şalban dirəkləri qəzalı vəziyyətdədir.
Gencexeber.az-a bu barədə həmin ərazidə yaşayan sakinlərdən şikayət daxil olub.
Bildirilib ki, kəndi işıqlandıran taxta dirəklər uzun illər əvvəl qurşadırılıb. Buna görə də əksəriyyəti artıq çürüyüb.
“Qəzalı dirəklər sovetlər dönəmində quraşdırılıb. Çürüdüyünə görə isə bəziləri əyilib. Həmin dirəklər aşsa, ciddi təhlükə yarada bilər, ərazidən keçən kənd sakinləri xəsarət ala bilər. Hava küləkli olduğu zaman işıqlar tez-tez sönür, buna səbəb isə köhnə dirəklərdə elektrik naqillərinin bir-birinə dəyməsidir. Aidiyyəti qurum tərəfindən şalban dirəklərin dəyişdirilməsini istəyirik”, - deyə kənd sakini şikayətini bildirib.


[caption id="attachment_69062" align="alignnone" width="696"]
[/caption]

[caption id="attachment_69059" align="alignnone" width="696"]
[/caption]
[caption id="attachment_69058" align="alignnone" width="696"]
[/caption]