top
Bu gün gəncəli Xalq artistinin doğum günüdür
02 iyun 2026, 12:02
- ↺ +

Bu gün gəncəli Xalq artistinin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Şahnaz Haşımovanın doğum günüdür.

Gencexeber.az məlumat verir ki, 1957-ci ilin 2 iyun tarixində Kirovabad (indiki Gəncə) şəhərində anadan olan sənətkar bu gün 68 yaşını qeyd edir. Musiqiçi zəngin yaradıcılığı, muğam və xalq musiqisinin inkişafındakı xidmətləri ilə tanınır. O, 1975-ci ildən etibarən Gəncə Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən "Göy-Göl" Dövlət Mahnı və Rəqs Ansamblının solistidir. 1997–2016-cı illərdə isə Gəncə Dövlət Filarmoniyasına rəhbərlik edib. Hal-hazırda Gəncə Musiqi Kollecində xanəndə müəllimi kimi çalışır.

Şahnaz Haşımova həm də ictimai fəaliyyətlə məşğuldur. O, Yeni Azərbaycan Partiyasının üzvü, şəhər təşkilatının siyasi şurasının üzvü, Azərbaycan Ziyalılar Cəmiyyətinin fəxri üzvüdür. Onun repertuarı genişdir – xalq mahnılarından tutmuş muğam, ritmik muğamlar, bəstəkar mahnıları və müxtəlif xalqlara aid əsərlər ifa edib. İfa etdiyi mahnılardan 100-dən çoxu Azərbaycan Televiziyasının "Qızıl Fondu"nda qorunur.

Sənətkar "Azərbaycan SSR əməkdar artisti" (1989), "Azərbaycan Respublikasının xalq artisti" (2000) fəxri adlarına, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə (2016) və bir sıra mükafatlara layiq görülüb. O, eyni zamanda "Mən dərdimi mahnılara danışdım", "Vətən, sən güman yerimsən" və "Qar dənələri" adlı kitabların müəllifidir.

Şahnaz Haşımova musiqi yaradıcılığı ilə yanaşı, Azərbaycan mədəniyyətinin təbliğində, gənc istedadların yetişdirilməsində və ölkənin musiqi həyatında mühüm rol oynamaqda davam edir.

Gencexeber.az kollektivi olaraq Şahnaz Haşımovanı doğum günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və yaradıcılığında uğurları arzulayırıq.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Bu gün, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Bu gün, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Bu gün, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Dünən, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Dünən, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Oxşar xəbərlər