Gəncədə xəstəxana direktoru işdən çıxarılıb. Bu haqda 31 yanvar tarixində Report-a istinadən məlumat veririk.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru Nazim Məmməd oğlu Əhmədov vəzifəsindən azad edilib. Onun yerinə hələlik yeni təyinat olunmayıb.
Nazim Əhmədov Birləşmiş Xəstəxananın direktoru vəzifəsini 2018-ci ildən bəri icra edirdi.