Gəncədə binaların əsaslı təmiri üçün tender keçirilib. Bu haqda 21 dekabr tarixində Fed.az-a istinadən məlumat veririk.
Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi “Mənzil Fondunun əsaslı təmir işləri" ilə əlaqədar Birliyin balansında olan binalarda əsaslı təmir işlərinin satınalınması” tenderinə yekun vurulub.
Müsabiqənin qalibi “Master Ofis” MMC olub. Şirkətlə 920 min 096.59 manat məbləğində müqavilə imzalanıb.