Bu gün abituriyentlərin ixtisas seçimi başa çatır. Bu barədə Report-a istinadən məlumat veririk.
I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil ocaqlarına qəbul olmaq istəyən məzunlar (o cümlədən subbakalavrlar) üçün kodlaşdırma prosesi yekunlaşır. Abituriyentlər bu gün, avqustun 19-u saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiqləməlidirlər.
Xatırladaq ki, ixtisas seçimi prosesi 9 avqust tarixində başlayıb.