Gəncədə qanunsuz tikintilərə qarşı aparılan monitorinqlər davam etdirilir. Bu haqda 16 iyul tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Həyata keçirilən növbəti monitorinqlər zamanı şəhərin R.Qasımov, M.Əliyev və Y.Məmmədəliyev küçələrində qanunsuz olaraq tikintisi aparılan artırma, obyekt və yaşayış sahəsi aşkarlanıb. Aşkarlanan qanunsuz tikintilər dayandırılıb və söküntüsü təmin edilib.
Qeyd edək ki, aparılan monitorinqlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.