Gəncədə bir nəfər köməksiz vəziyyətə düşüb. Bu haqda 8 iyul tarixində FHN-ə istinadən məlumat veririk.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 1 nəfərin barmağında dəmir halqanın sıxılaraq qalması ilə bağlı müraciət daxil olub. Hadisə yerinə qurumun xilasetmə qüvvələri cəlb ediliblər.
Burada, həmçinin həkim briqadası yer alıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində halqa vətəndaşın barmağından çıxarılıb.