top
Bilik yarışmasında fərqlənən gəncəli yeniyetmə: “Qarşıma qoyduğum ən böyük məqsəd…” – ÖZƏL MÜSAHİBƏ
09 dekabr 2024, 13:27
- ↺ +

Bilik yarışmasında fərqlənən gəncəli yeniyetmə: “Qarşıma qoyduğum ən böyük məqsəd…” – ÖZƏL MÜSAHİBƏ

 

Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Bakı Ali Neft Məktəbinin ev sahibliyi ilə məktəblilərarası IX Fənn Müsabiqələri keçirilib.

Bilik yarışında 6 və 7-ci sinif şagirdləri riyaziyyat, informatika, təbiət, kimya, fizika və biologiya fənləri üzrə biliklərini sınayıblar.

Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Nərmin Abbasəli qızı Ələkbərova riyaziyyat fənni üzrə ikinci yer tutub.

Qeyd edək ki, N.Ələkbərova birincilikdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbləri təmsil edən iştirakçılar arasında həmin fənn üzrə gümüş medala layiq görülən yeganə şagirddir.

Bilik yarışmasında fərqlənən gəncəli yeniyetmə: “Qarşıma qoyduğum ən böyük məqsəd…” – ÖZƏL MÜSAHİBƏ

Gencexeber.az-ın əməkdaşı bilik yarışında uğur qazanan yeniyetmə Nərmin Ələkbərova ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Nərmin, öncə özün haqqında məlumat verməyini istərdim.

- 2012-ci il mart ayının 19-da Gəncə şəhərində anadan olmuşam.

-  Bilik yarışmasına necə hazırlaşdın? Bu proses sənin üçün necə keçdi?

- Demək olar ki, bilik yarışlarına ibtidai sinifdən etibarən marağım olub və bu günə qədər müxtəlif yarışlarda iştirak edib uğur qazanmışam. Ən böyük uğurum isə bu il Respublika Fənn Müsabiqəsində riyaziyyat fənni üzrə gümüş medal qazanmağımdır. Bu proses mənim üçün kifayət qədər maraqlı və həyəcanlı keçdi.

Bilik yarışmasında fərqlənən gəncəli yeniyetmə: “Qarşıma qoyduğum ən böyük məqsəd…” – ÖZƏL MÜSAHİBƏ

- Yarışma zamanı özünə necə güvəndin? Çətin anlar oldumu və onları necə aşdın?

- Düşünürəm ki, bu cür müsabiqələrdə və olimpiadalarda uğur qazanmağın ən önəmli şərtlərindən biri özümə güvənib, inanmağımdır. Yarış zamanı bəzi suallar mənə çətin gəlsə də, diqqətimi toplayaraq, onları həll etməyi bacardım.

- Bilik yarışmasında qalib olmağın sənə necə hisslər yaşatdı?

- Əziyyətinin nəticəsini görən hər bir insan kimi mən də sevinc və qürur hissi yaşadım.

- Yarışmada qazandığın mükafatı necə qiymətləndirirsən? Bu uğur sənə gələcəkdə nə kimi imkanlar yaradacaq?

- Qazandığım bu mükafat mənə ölkənin istənilən liseyinə müsabiqədənkənar qəbul olmağıma imkan verdi və mənim seçimim Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey oldu.

Bilik yarışmasında fərqlənən gəncəli yeniyetmə: “Qarşıma qoyduğum ən böyük məqsəd…” – ÖZƏL MÜSAHİBƏ

- Yarışma nəticəsində hansı təcrübələri qazandın? Gələcəkdə bu təcrübələrdən necə istifadə etməyi planlaşdırırsan?

- Bu müsabiqəyə hazırlaşarkən ən böyük təcrübəm uğur qazanmaq üçün çəkilən zəhmətin heç vaxt boşa getməməsi oldu.

- Sənə ən çox dəstək olan insanlar kimlərdir?

- Ən böyük dəstəkçilərim valideynlərim, müəllimlərim və dostlarım olub.

- Gələcəkdə hansı məqsədlərə çatmaq istəyirsən? Bu uğur sənə hansı yolda irəliləməkdə kömək edəcək?

- Qazandığım bu uğurun mənim daha böyük nailiyyətlimin başlanğıcı olduğunu düşünürəm. Qarşıma qoyduğum ən böyük məqsəd növbəti illərdə Beynəlxalq olimpiadalarda uğur qazanıb Azərbaycanı qürurla təmsil etməkdir.

Bilik yarışmasında fərqlənən gəncəli yeniyetmə: “Qarşıma qoyduğum ən böyük məqsəd…” – ÖZƏL MÜSAHİBƏ

- Yarışmaya qatılmaq istəyənlərə nə məsləhət verərsən?

- Yaşıdlarıma məsləhətim odur ki, vaxtlarını düzgün şəkildə planlaşdırsınlar və səmərəli istifdə etsinlər.

- Hansı sahə üzrə təhsil almağı düşünürsən?

- Gələcək təhsilimi tibb və ya süni intellekt sahələrində davam etdirməyi planlaşdırıram.

Nəzrin Vahid

Bilik yarışmasında fərqlənən gəncəli yeniyetmə: “Qarşıma qoyduğum ən böyük məqsəd…” – ÖZƏL MÜSAHİBƏ Bilik yarışmasında fərqlənən gəncəli yeniyetmə: “Qarşıma qoyduğum ən böyük məqsəd…” – ÖZƏL MÜSAHİBƏ Bilik yarışmasında fərqlənən gəncəli yeniyetmə: “Qarşıma qoyduğum ən böyük məqsəd…” – ÖZƏL MÜSAHİBƏ Bilik yarışmasında fərqlənən gəncəli yeniyetmə: “Qarşıma qoyduğum ən böyük məqsəd…” – ÖZƏL MÜSAHİBƏ

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Bütün xəbərlər
03 oktyabr 2026, 11:47

"Turan Tovuz" bu gün "Fənərbağça" ilə qarşılaşacaq

Bütün xəbərlər
03 oktyabr 2026, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
03 oktyabr 2026, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
02 oktyabr 2026, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
02 oktyabr 2026, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
02 oktyabr 2026, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
02 oktyabr 2026, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Bütün xəbərlər
02 oktyabr 2026, 16:37

Gəncədə sənaye işçilərinin sayı azalıb

Bütün xəbərlər
02 oktyabr 2026, 16:02

Gəncədə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 15:33

"Turan Tovuz" oyununa 25 minə yaxın bilet satılıb

Oxşar xəbərlər