Samuxda ot tayaları alışıb.
Gencexeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, hadisə şəhər ərazisində həyətyanı sahədə baş verib. Yığılmış 8 ton ot bağlamasının 5-i yanıb.
Əraziyə qurumun yanğından mühafizə bölmələri cəlb olunublar. Alov söndürülüb. Yanğının digər ot bağlamalarına keçməsinin qarşısı alınıb.