Mingəçevirdə bir neçə nəfər batmaqdan qurtarılıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən əməliyyat keçirilib. Nəticədə “Mingəçevir” sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub.