Gəncənin basketbol klubu növbəti oyununa çıxacaq. Bu haqda 3 yanvar tarixində Azərbaycan Basketbol Federasiyasına istinadən məlumat veririk.
“Gəncə” BK “Neftçi” İK-yə qarşı oynayacaq. Matç 7 yanvar tarixində saat 20:00-da Sərhədçi İdman Mərkəzində baş tutacaq. Oyun Azərbaycan Basketbol Liqasının XII turu çərçivəsində təşkil olunur.
Matçı adıçəkilən Federasiyanın Youtube kanalının canlı yayımında izləmək mümkün olacaq.