Gəncədə təhsil alan şagirdlər Moskvada təltif olunublar. Bu haqda 24 dekabr tarixində Regional Mədəniyyət idarəsinə istinadən məlumat veririk.
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Beynəlxalq Müsabiqə keçirilib. Burada Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdləri də iştirak ediblər. Onlardan 1 nəfər qran-pri, 10 nəfər 1-ci yer, 2 nəfər 2-ci yer qazanıblar. Uşaqların müəllimləri də təltif olunub.