Oğurluq edən şəxs Gəncədə saxlanılıb. Bu haqda Gencexeber.az-a 13 yanvar tarixində məlumat daxil olub.
Binəqədi rayonu ərazisində yerləşən avtomobil təmiri sexlərindən birinin qarşısından "Daewoo" markalı avtomobil qaçırılıb. Polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.
Nəticədə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini Eldar Nağıyev Gəncə şəhəri ərazisində avtomobillə birgə saxlanılıb. O, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.