Gəncədə “Açıq mikrofon” aksiyası keçiriləcək. Bu haqda məlumat “Azəriqaz” İB tərəfindən 2 yanvar tarixində paylaşılıb.
Tədbir adıçəkilən qurum tərəfindən təşkil ediləcək. “Açıq mikrofon” aksiyası 5 yanvar tarixində saat 12:00-dan 13:00-dək Qələbə Parkında baş tutacaq.
“Azəriqaz” İB-nin əməkdaşları qeyd olunan ünvanda vətəndaşlarla görüşəcəklər. Onlar sakinlərin problem və təkliflərini dinləyəcəklər. Çətinliklərin həlli yolunda yardım göstəriləcək və bu haqda müzakirələr aparılacaq.