top
Azərbaycan hakimləri Kəpəzə qarşı?!
30 oktyabr 2024, 16:30
- ↺ +

Azərbaycan hakimləri "Kəpəz"ə qarşı?!

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Gəncə təmsilçisi "Kəpəz” tarixinin heç də yaxşı günlərini yaşamır. Bəli, özü də söhbət təkcə bu mövsümdən getmir. 3000 metrdən çox hündürlüyü olan zirvənin adaşının qələbələri sıraladığı, Azərbaycan çempionatında hegemonluq etdiyi günlər çoxdan keçmişdə qalıb.

Uzun müddət heç ölkə çempionatının yuxarı dəstəsində, yəni Premyer Liqada Gəncə komandası olmadı. Buna görə də AFFA xeyli tənqid olundu. Futbol ənənələri ilə öyünən bir şəhər, Azərbaycan futboluna neçə-neçə adlar bəxş etmiş Gəncə necə "böyük futbol”a həsrət qala bilərdi? Adları sadalayıb, təkrarlçılıq etmək istəmirəm. Bu şəhərdən çıxan istedadlı futbolçular Azərbaycan futbolu ilə maraqlanan hər kəsə yaxşı tanışdır.

Tənqidlərdən nəticə çıxaran AFFA məcbur qalıb "Kəpəz”i öz himayəsinə götürdü, komanda bərpa edildi, güc-bəla ilə onu Premyer Liqaya çıxartdılar. Amma Premyer Liqada oynayan təkcə "Kəpəz”in adıdır. İndi bu komandanın əzəmətindən, gücündən əsər-əlamət qalmayıb. Gözünü AFFA-dan, daha doğrusu, dövlətdən ayrılan pullara dikən komanda günü-günə calayır, "Gəncədə futbol var, "Kəpəz” çempionatda oynayır” deyiminin xatirinə meydana çıxır. Heç də təsadüfi deyil ki, ilk turdan üzü bəri "Kəpəz” turnir cədvəlinin zirzəmisinə dəmir atıb, ordan heç cür xilas ola bilmir.

Əslində, "Kəpəz” Premyer Liqanı ötən mövsümün sonunda tərk etməliydi. Komandanın heyəti elitanın tələblərinə cavab vermirdi, "sarı-göylər” rəqibləri üçün asan xal mənbəyi idi. Amma gözlənilən baş vermədi. Çünki "Qəbələ” bərbad çıxış etdi. Həlledici məqamda bir qədər də hakim səhvlərinin müşayiəti ilə "Kəpəz” "Qəbələ”ni üstələdi və sonuncu pillədən qurtulmaqla elitadakı yerini qoruya bildi. Ötən mövsüm olanlar keçmişdə qalıb, indi onları yenidən araşdırmaq fikrində deyiləm. Görünən odur ki, ötən mövsüm gözlənilən ssenari bu mövsümün sonunda gerçəkləşəcək və "Kəpəz” elitayla vidalaşmalı olacaq.

Düzdür, çempionatın reqlamenti dəyişsə, "Kəpəz” Premyer Liqada qala bilər. Azərbaycan futbolunun reallıqlarını bilənlər yaxşı başa düşür ki, AFFA-dan hər cür qərar gözləmək mümkündür. Hazırkı qaydalara əsasən isə "Kəpəz” birinci diviziona getməlidir. Necə ki, "Kəpəz”dən qat-qat yaxşı infrastruktura malik "Qəbələ” ötən mövsüm elitanı tərk edib və hazırda aşağı divizionda oynayır. Möcüzə baş verməsə, həm tale bu mövsüm "Kəpəz”i gözləyir.

Amma kiçik də olsa, ümid var. Məsələ ondadır ki, Azər Bağırovun gəlişindən sonra "Kəpəz” də inkişaf meylləri hiss olunur. "Neftçi” üzərində qazanılan qələbə, "Sabah”ın qapısına vurulan qollar Gəncə təmsilçisi üçün zəif də olsa, ümid işığı yaradır. "Səbail”lə "Sumqayıt” da qeyri-sabit çıxış edir, bu iki komanda ilə xal fərqi cəmi dördə bərabərdir. Mövsümün sonuna isə hələ çox var. Deməli, "Kəpəz”in azı riyazi baxımdan bu iki komandadan birini, bəlkə ikisini də üstələmək şansı var. Lakin sanki hansısa gizli əl bundan ehtiyat edir, "Kəpəz”in önünü kəsmək üçün müəyyən önləyici tədbirlər görülür.

Dünən keçirilən "Turan Tovuz” – "Kəpəz” qarşılaşmasındakı hakim idarəçiliyi belə şübhələri gücləndirdi, Azərbaycandakı futbol hakimlərinin ədalətli oyun prinsiplərindən sürətlə uzaqlaşdığını bir daha göstərdi. "Kəpəz” "qərb derbisi”ndə azı 1 xala layiq idi. Veysəl Rzayevin 15-ci dəqiqədə hesabı açdığı epizodda "tanrının əli” Tovuzda "peyda oldu”. "Kəpəz” bərabərliyi yaxaladıqdan sonra isə Rauf Allahverdiyevin rəhbərlik etdiyi briqadanın qərarları birmənalı olaraq meydan sahiblərinin xeyrinə oldu. Belçikalı mütəxəssis Frank de Blekerin Allahverdiyevin qərarlarına hansı don geyindirəcəyi heç maraqlı deyil, biz bu cür "malalama”lardan çox görmüşük.

Ortada danılmaz bir həqiqət var ki, ondan danışmalıyıq. Konkret olaraq dünənki qarşılaşmada hakimlər "Kəpəz”in haqqını yedilər. Ümid edək ki, hakimin şübhəli davranışları qərəz və ya sifarişdən deyil, bacarıqsızlıqdan irəli gəlirdi.

Amal Abuşov (Qaynarinfo)

Son xəbərlər

Tarix
Bu gün, 00:05

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Tarix
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Bütün xəbərlər
Dünən, 15:45

Sabiq deputat "Şərəf" ordeni ilə təltif edilib

Bütün xəbərlər
Dünən, 13:25

Gəncədə isti hava davam edəcək - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:14

Gəncədə qanunsuz tikintilərə qarşı MONİTORİNQ

Bütün xəbərlər
Dünən, 10:26

Vətən müharibəsinə könüllü qatılan gəncəli şəhidin ad günüdür

Bütün xəbərlər
Dünən, 09:46

Arvadını evi təmiz saxlamadığına görə döydü, CƏZALANDIRILDI

Bütün xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad olunmasından 6 il keçir

Tarix
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020: Vətən Müharibəsinin 21-ci günü

Bütün xəbərlər
16 oktyabr 2026, 20:24

Gəncəlilər hər axşam zəhərli tüstünün təsirinə məruz qalırlar

Bütün xəbərlər
16 oktyabr 2026, 17:00

Ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 137 min manata yaxın ziyan vurulub

Bütün xəbərlər
16 oktyabr 2026, 16:03

Gəncədə səki taxta qapılarla zəbt olunur - ŞİKAYƏT

Bütün xəbərlər
16 oktyabr 2026, 15:48

Gəncədə sabah da 31 dərəcə isti olacaq

Bütün xəbərlər
16 oktyabr 2026, 13:53

74 yaşlı kişi güllələnərək öldürüldü, şübhəli saxlanıldı

Bütün xəbərlər
16 oktyabr 2026, 12:35

Evdə hazırlanan konservlərə sertifikat tələbi barədə məlumat yanlışdır - AQTA sədri

Bütün xəbərlər
16 oktyabr 2026, 12:16

Hərbçilərin əməkhaqları artırılır

Bütün xəbərlər
16 oktyabr 2026, 11:43

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan ekstradisiya edilib

Bütün xəbərlər
16 oktyabr 2026, 11:25

Azərbaycan əhalisinin sayı AÇIQLANIB

Bütün xəbərlər
16 oktyabr 2026, 11:01

Gəncədə dayanacaqlar yuyularaq təmizlənib

Bütün xəbərlər
16 oktyabr 2026, 09:37

Təqaüdçünün evinə basqın edənlər qərardan NARAZIDIR

Bütün xəbərlər
16 oktyabr 2026, 00:01

16 oktyabr 2020: Vətən müharibəsinin 20-ci günü

Bütün xəbərlər
15 oktyabr 2026, 17:22

Bir həyət, iki mənzərə: Gəncədə abadlıq işləri yarımçıq qalıb

Bütün xəbərlər
15 oktyabr 2026, 15:58

Gəncədə son 11 ildə gənclərin sayı 17,7% AZALIB

Oxşar xəbərlər