Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 9 yanvar tarixində məlumat daxil olub.
Hadisə şəhərin Nizami Gəncəvi prospektindəki Heydər Əliyev Park Kompleksinin qarşısında qeydə alınıb. “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq yolun sağ tərəfindəki bordürə çarpılıb. Bundan sonra maşın yolun solundakı bordürü aşaraq yolun əks tərəfi ilə hərəkət edən “Ford Transit” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza zamanı xəsarət alan olmayıb. Əraziyə polis əməkdaşları cəlb edilib.