Gəncəni təmsil edən idmançı Bakıda yarışda uğurlu çıxış edib. Bu haqda 28 fevral tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.
Bakı Respublika Olimpiya Mərkəzində Yeni Dinamik Atletika yarışı təşkil olunub. Burada şəhərimizi İman Dadaşov təmsil edib. O, atletikanın tibbi top atma üzrə versiyasında bütün rəqiblərini üstələyərək I yerə layiq görülüb.
Atletimiz diplomla təltif olunub.