top
Ata qızında keçmiş ərinin mesajlarını gördü, onu döyərək öldürdü - MƏHKƏMƏ
30 iyun 2026, 16:32
- ↺ +

Ata qızında keçmiş ərinin mesajlarını gördü, onu döyərək öldürdü - MƏHKƏMƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə şəhərində 48 yaşlı Sabir 2003-cü il təvəllüdlü qızı Süsəni (adlar şərtidir) öldürüb.

Belə ki, Sabir yaşadıqları evdə qızı Süsənin mobil telefonunda keçmiş əri Sərxanla sevgi münasibətləri zəminində yazışmalarını görüb.

Cəzalandırmaq məqsədilə onu təpiklə, yumruqla, şillə ilə, eləcə də mobil telefonla vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Süsən bir gün sonra vəfat edib.

İstintaq orqanı tərəfindən Sabirin barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə ittiham elan edilib.

Sabir ittiham üzrə özünü təqsirli bilməyib və bildirib ki, qətl hadisəsindən bir gün əvvəl qızının telefonu gizlətdiyini görüb.

"Qızım Sərxanla ailə həyatı qurub, Moskva şəhərinə gəlin köçmüşdü. Üç ay sonra ondan hicabını açmasını istədilər. Eləcə də, hamilə vəziyyətdə Gəncə şəhərinə evə yola saldılar. Qızıma bir daha onlarla əlaqə saxlamamağı tapşırdım. İki il sonra qızımın telefonuna baxanda keçmiş həyat yoldaşı ilə yazışmalarını gördüm. Onu döydüm, əlimlə üzünə və bədəninə 5-6 zərbə vurdum", - təqsirkar bildirib.

Sabirin ifadəsinə görə, növbəti gün qızının narahatlığını görüb və ona yaxınlaşaraq həkimə getməyi və ya təcili tibbi yardımın çağrılmasını təklif edib.

"Amma o özünü yaxşı hiss etdiyini dedi. Günortadan sonra vəziyyətinin yenidən ağırlaşdığını gördüm və dərhal ailə üzvlərimlə birlikdə təcili tibbi yardıma zəng etdik. Sonra isə qızımın ölümünə şahidi olduq", - deyə Sabir bildirib.

İşə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib və cəzanı ümumi rejimdə çəkməsi müəyyən olunub.

Mənbə: teleqraf.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Dünən, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Dünən, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Bütün xəbərlər
Dünən, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Dünən, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Oxşar xəbərlər