Bu gün bir sıra qurumların fəaliyyət cədvəlində dəyişiklik tətbiq edilib. Bu haqda 9 may tarixində müəssisələrə istinadən məlumat veririk.
9 May - Qələbə Günü ilə əlaqədar olaraq şəhərimizdə yerləşən “ASAN xidmət” mərkəzləri işləməyəcək. Sabahdan, mayın 10-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət edərək xidmətlərdən yararlana biləcəklər.
“Azərpoçt”un filial və şöbələri də xüsusi rejimdə çalışacaq. Şəhər ərazisində yerləşən müştəri xidməti şöbələri bu gün səhər 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək.