Gəncədə həyat yoldaşını bıçaqlayan şəxs saxlanılıb. Bu haqda 26 dekabr tarixində Report-a istinadən məlumat veririk.
Bir müddət öncə 44 yaşlı Zaur Süleymanovun 42 yaşlı arvadı Aytən Süleymanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməsi barədə məlumat vermişdik. Hadisə mübahisə zəminində baş vermişdi.
Daha sonra Süleymanov hadisə yerindən qaçmışdı. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində o, saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.