Yüzdən çox insanın zəhərlənməsinin ilkin nəticələri açıqlanıb.
Gencexeber.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Qurum bir müddət öncə Gəncə şəhərində keçirilən yas mərasimində və Göygöldə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində ("Araz", "Xanlar Yurdu", "Ağ Ayı") baş verən kütləvi zəhərlənmə hadisələri ilə bağlı müvafiq araşdırmalar aparıb.
Bildirilib ki, hadisələr qida zəhərlənməsi ilə bağlı olmayıb. Çoxsaylı insanın sağlamlığına zərər verən zəhərlənmənin məişətdə istifadə edilən suyun ikincili çirklənməsi nəticəsində baş verdiyi müəyyənləşib.
Faktla bağlı aidiyyəti orqanlar tərəfindən araşdırmalar davam etdirilir. Nəticələrlə bağlı əlavə məlumat veriləcək.