Gəncədə keçmiş icra başçısının cinayət işinə baxan hakim dəyişdirilir. Bu haqda 27 dekabr tarixində Azərforum-a istinadən məlumat veririk.
Alimpaşa Məmmədovun işi başqa hakimin icraatına veriləcək. Buna səbəb cinayət işinə sədrlik edən hakim Nural Əliyevin bir neçə gün əvvəl Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyinat alması olub. Alimpaşa Məmmədovun işinin yaxın vaxtlarda Gəncə Ağır Cinayətlər Məhkəməsinin başqa hakiminin icraatına veriləcəyi gözlənilir.
Qeyd edək ki, Şəmkir rayonunun icra başçısı olmuş Alimpaşa Məmmədov mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə və təkrar, külli miqdarda rüşvət alma maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.