Gəncədə fəaliyyət göstərmiş 70 yaşlı alim vəfat edib. Bu haqda 5 avqust tarixində Report-a istinadən xəbər veririk.
Söhbət yüzdən çox elmi və metodiki əsərlərin müəllifi olan Əkrəm Əhməd oğlu Aslanovdan gedir. Alim 70 yaşında dünyasını dəyişib.
Mərhum uzun illər Gəncədə ali məktəb müəllimi və kafedra müdiri kimi çalışıb. O, fizika-riyaziyyat elmləri namizədi, Azərbaycanın tanınmış alimlərindən biri idi.