Gəncədə idman yarışı təşkil olunacaq. Bu haqda 15 may tarixində ATU-ya istinadən məlumat veririk.
Basketbol turniri Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilir. Burada region ali təhsil müəssisələrinin tələbələri mübarizə aparacaqlar. Yarış Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Basketbol Federasiyası, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Komandalara azarkeşlik etmək istəyən şəxslər 17 may tarixində saat 10:00-da Gəncə Olimpiya İdman Kompleksində baş tutacaq açılış tədbirinə qatıla bilərlər.
Qeyd edək ki, kompleks Nizami və Şahsevənlər küçəsinin kəsişməsində yerləşir.