Gəncə Dövlət Milli Dram Teatrının qastrol səfəri təşkil olunub. Bu haqda 14 avqust tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Litva Respublikasının Druskininkay şəhərində "X Beynəlxalq SANKRYZA Teatr Festivalı" keçirilib. Burada Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gəncə Dövlət Milli Dram Teatrı da iştirak edib.
Festivalda mədəniyyət ocağının "Kral ölür" tamaşası uğurla nümayiş olunub və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, tamaşada Azərbaycan Respublikasının Litvadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev və səfirlik nümayəndələri qonaq qismində iştirak ediblər.