Gəncəli aktyor beynəlxalq festivala qatılıb. Bu haqda 6 may tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Qazaxıstanın Kokşetau şəhərində "II. Salam" komediya tamaşaları Beynəlxalq Teatr Festivalı keçirilib. Burada beş nəfərdən ibarət münsiflər heyətinin tərkibində Gəncə Dövlət Dram Teatrının aktyoru, Avrasiya Teatrlar Birliyinin Azərbaycan təmsilçisi Yusif Cəfərov ölkəmizi təmsil edib.
Öncə Astana Müzikal Teatrının ifasında Rey Kuninin "Nömrə 13" komediyası nümayiş olunub. Festivala dəvət almış teatrlar arasında Azərbaycan Dövlət Pantomim teatrı "Son ştrix", İstanbul Devlet tiyatrosu isə "Professional" tamaşası ilə qatılıblar. Dörd gün davam edən layihədə 9 tamaşa səhnəyə qoyulub.
Tədbirin bağlanış mərasimində münsiflər heyəti tərəfindən çıxış edən teatr kolletivlərinə nominasiyalar təqdim olunub.