Ot tayaları daşıyan maşın alışıb. Gencexeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, hadisə Ağstafa rayon Dağ Kəsəmən kəndində baş verib.
“Qaz” markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 3,5 ton ot bağlamasının 2 tonu yanıb.
Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.