Gəncə təmsilçilərinin rəqibləri məlum olub. Bu haqda 15 may tarixində AFFA-ya istinadən məlumat veririk.
AFFA-nın U-13 və U-14 liqalarının 1/8 mərhələsinin cütləri müəyyənləşib. Püşkatmaya əsasən, 13 yaşlılardan ibarət “Çinar” komandamız “Astara” FK-ya qarşı mübarizə aparacaq. U-14 liqasındakı təmsilçimiz “Kəpəz”in isə rəqibi “Kavkaz” olacaq.
Qeyd edək ki, pley-off oyunları ev-səfər prinsipi ilə olimpiya sistemi üzrə keçiriləcək və qalib komandalar növbəti mərhələyə yüksələcək.