Gəncənin futbol təmsilçisi barədə qərar qəbul olunub. Gencexeber.az AFFA İntizam Komitəsinə istinadən məlumat verir ki, “Kəpəz” cəzalandırılıb.
Misli Premyer Liqasının III turu çərçivəsində “Turan Tovuz”la oyunda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən “sarı-göylər” 700 manat məbləğində cərimə edilib.