Gəncə təmsilçisi növbəti dəfə cərimələnib. Bu haqda 27 sentyabr tarixində PFL-ə istinadən məlumat veririk.
İntizam Komitəsinin iclası keçirilib. Nəticədə Misli Premyer Liqasının VII turunun “Sabah” – “Kəpəz” oyununda təmsilçimizin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “sarı-göylər” 700 manat cərimə olunub.
Eyni matçda Təcili Tibbi Yardım avtomobili təyin olunmuş vaxtdan gec gəldiyinə görə “Sabah” 1000 manat cərimələnib.