Gəncədə futbol stadionu yenidən qurulur. Bu haqda 3 dekabr tarixində Report-a istinadən məlumat veririk.
Gəncənin futbol aləminə misilsiz töhfələr vermiş mərhum futbolçu və məşqçi Konstantin Abramenkonun uzun illər məşq keçdiyi "Lokomotiv" stadionu sökülür. Onun yerində AFFA yeni meydança tikəcək.
Xatırladaq ki, bir müddət öncə Gəncənin stadionlarının yararsız vəziyyətdə olmasını işıqlandırmışdıq.