top
Adı Rusiyada aeroporta verilən şəmkirli alimin doğum günüdür
28 iyul 2026, 13:57
- ↺ +

Adı Rusiyada aeroporta verilən şəmkirli alimin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İyulun 28-i Qərbi Sibirin Tümen vilayətinin (Rusiya) nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun doğum günüdür.

Gencexeber.az məlumat verir ki, Fərman Salmanov 1931-ci ildə Şəmkir rayonunun Morul kəndində anadan olub. O, orta məktəbi yüksək qiymətlərlə başa vurduqdan sonra Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra Kuzbasa, neft-qaz yataqlarının kəşfiyyatına göndərilib. Fərman Salmanov 1955-57-ci illərdə Plotnikov və Qryaznensk neft kəşfiyyatı ekspedisiyalarının baş geoloqu vəzifəsində çalışıb.

F.Salmanov 1961-ci il martın 21-də, sevdiyi Novruz bayramı günündə indiyədək Rusiyanın ən böyük yataqlarından biri hesab olunan Megiyon yatağını kəşf edir. O, ömrünün 50 ilini Sovet İttifaqı və Rusiya Federasiyasının neft-qaz sənayesinə həsr edib, 100-dən artıq nəhəng neft-qaz yatağını kəşf edib.

1978-ci ildən 1987-ci ilə qədər Salmanov Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsi "Qlavtumengeologiya"ya rəhbərlik edib. 1987-91-ci illərdə SSRİ geologiya nazirinin birinci müavini vəzifəsində işləyib. O, özəlləşdirmədə iştirak etməkdən imtina etdiyi üçün məcburi olaraq vəzifədən ayrılıb.

SSRİ-nin dağılmasından sonra geoloq Kalmıkiyada neft və qaz axtarışı ilə məşğul olub. Ömrünün sonunadək Rusiyanın "İtera" qaz şirkətinin prezidentinin məsləhətçisi kimi çalışıb.

Fərman Salmanov, eyni zamanda, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü olub. Görkəmli geoloq 160-dan artıq monoqrafiya və elmi əsərlərin müəllifidir. O, Xanti-Mansiysk və Yamal-Nenetsk Muxtar dairələrinin, Surqut şəhəri və Texas ştatının fəxri vətəndaşı seçilib.

F.Salmanov 1970-ci ildə "Lenin", 1971-76-cı illərdə "Qırmızı Əmək Bayrağı", 1983-cü ildə "Oktyabr inqilabı" ordenləri, 1980-ci ildə "İvan Qubkin" mükafatları ilə təltif olunub.

2019-cu ilin may ayından etibarən Rusiyanın Surqut hava limanına görkəmli azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib.

Həmyerlimiz 2007-ci il martın 31-də Moskvada vəfat edib və Vaqankovo qəbiristanlığında dəfn edilib.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Dünən, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Dünən, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Bütün xəbərlər
Dünən, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Dünən, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
05 noyabr 2026, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Oxşar xəbərlər