Gəncədə yanğın hadisəsi baş verib. Bu haqda Gencexeber.az-a 16 yanvar tarixində məlumat daxil olub.
Hadisə şəhərin Ozan küçəsində, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) yataqxanasında qeydə alınıb. Alov tikilinin 7-ci mərtəbəsində başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin 3 maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb, digər ərazilərə keçməsinin qarşısı alınıb. Hadisənin başvermə səbəbləri araşdırılır.