Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru mükafata layiq görülüb. Bu haqda 13 iyun tarixində ADAU-ya istinadən xəbər veririk.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov Türkiyənin Ege Universitetinin fəxri doktoru adına layiq görülüb. Ege Universitetinin rektoru Necdet Budak bu haqda ADAU-EGE beynəlxalq ikili diplom proqramının ilk məzunlarının buraxılış mərasimində məlumat verib.
Mərasimdə fəxri doktor diplomu və mantiyası Zəfər Qurbanova təqdim olunub.