Gəncədə universitet müəllimi elmi ad alıb. Bu haqda 17 dekabr tarixində Azərbaycan Dövlət Aqrar Universitetinə istinadən məlumat veririk.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası qərar imzalayıb. ADAU-nun "Qida məhsulları mühəndisliyi və ekspertiza" kafedrasının əməkdaşı, texnika elmləri üzrə fəlsəfə doktoru Aynur Rüstəm qızı Məmmədovaya dosent elmi adı verilib.