Gəncədə fəaliyyət göstərmiş mütəxəssis yeni təyinat alıb. Bu barədə 15 avqust tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin Layihə Meneceri Elməddin Namazov Aqrar Xidmətlər Agentliyinin sədrinin müavini təyin edilib. O, bu vəzifədə keçmiş sədr müavini Eldar Həsənovu əvəzləyib.
Qeyd edək ki, Elməddin Namazov karyerasına Azərbaycan Dövlət Aqrar Universitetində professor köməkçisi və müəllim kimi başlamışdı.