Gəncədə "Aqrar Startaplar Forumu" keçiriləcək. Bu haqda Gencexeber.az 13 dekabr tarixində ADAU-ya istinadən məlumat verir.
Forum 14 dekabr tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin Peşə Təhsil Mərkəzində baş tutacaq. Tədbirin keçirilməsində əsas məqsəd aqrar innovasiyaların fermerlər, sahibkarlar, gənclər arasında təbliği və təşviqi, regionlarda aqrar startapların inkişafı, rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsindən ibarətdir.
Forum Aqrar İnnovasiya Mərkəzinin və ADAU-nun birgə təşkilatçılığı ilə həyata keçiriləcək.