Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yarış olub. Bu haqda 22 iyun tarixində Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər veririk.
Uşaq və yeniyetmələr arasında badminton idman növü üzrə şəhər birinciliyi keçirilib. Yarış “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyi”nə həsr olunub.
Birinciliyin açılışında Regional İdarənin rəis müavini Rəşad Qarayev iştirak edib. O, Gənclər və İdman Nazirliyinin yaradılması tarixindən, işindən, idmanın Azərbaycan Respublikasında, həmçinin Gəncə şəhərində inkişafından bəhs edib.